Fransalı diplomat Tramp və Makronu tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i342132-fransalı_diplomat_tramp_və_makronu_tənqid_edib
Fransanın Vaşinqtondakı keçmiş səfiri ABŞ və Fransa prezidentlərinin İrana qarşı ittihamlarının ardınca bu kimi iddiaların nəticələri haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2019 11:54 Asia/Baku
  • Fransalı diplomat Tramp və Makronu tənqid edib
    Fransalı diplomat Tramp və Makronu tənqid edib

Fransanın Vaşinqtondakı keçmiş səfiri ABŞ və Fransa prezidentlərinin İrana qarşı ittihamlarının ardınca bu kimi iddiaların nəticələri haqda xəbərdarlıq edib.

Jerar Aru twitter-də yazıb: Bu gün 2003-cü ildə İraqa qarşı baş vermiş hadisəyə oxşar dəlillərin bu dəfə İrana qarşı və əksərən həmin cəhətlərdən təkrar edilməsindən nigaranıq.

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron ötən cümə axşamı günü Fransanın Normand şəhərində keçirdikləri görüşdə İrana qarşı iddialarını təkrar ediblər.

Makron bu görüşdə dedi ki, onun iddia etdiyi "İranın nüvə silahına əlçatması" məsələsinə mane olmaq Fransa və Amerikanın ortaq hədəfidir.

Tramp da iddia etdi ki, İran müzakirə etmək istəyir, amma atom silahı əldə etməməlidir.