İyun 28, 2019 10:38 Asia/Baku
  • Şeyx Zəkzaki Nigeriya ordusu tərəfindən zəhərlənib
    Şeyx Zəkzaki Nigeriya ordusu tərəfindən zəhərlənib

İnformasiya mənbələri dünən bildiriblər ki, Nigeriya ordusu bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakini zindanda zəhərləyibdir.

İnformasiya mənbələri qeyd ediblər ki, Şeyx Zəkzakinin zəhərlənmə dərəcəsi yüksəkdir və həkim qrupu onun xəstəxanaya köçürülməsi ilə bağlı Nigeriya hökuməti ilə məşvərət etməkdədir.

Bu mənbələrin bildirdiklərinə görə, Şeyx Zəkzakinin qanında qurğuşun və kadmium kimi zəhərli metalların nişanələri müşahidə olunubdur.

Belə bir halda, Nigeriya İslam Hərəkatı bir bəyanat yayaraq, Şeyx Zəkzakinin və həyat yoldaşının tez bir zamanda azadlığa buraxılmalarını tələb edibdir.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Teqlər