İngilis ailələr məktəblərin büdcələrinin azaldırlmasına etiraz ediblər
İyul 06, 2019 12:09 Asia/Baku
İngilis ailələr məktəblərin büdcələrinin azaldılmasına etiraz olaraq, bu ölkənin paytaxtı Londonda aksiya keçiriblər.
İngilis ailələr dünən əllərində plakatlar tutaraq, bu ölkə məktəblərinin xilas edilməsini tələb ediblər.
Aksiyaçılar bu ölkə məktəblərində cinsi təlim layihəsinin mənfi təsirləri barədə xəbərdarlıq ediblər.
Bundan öncə də İngilis ailələr məktəblərdə cinsi təlim layihəsinin qəbul edilməsinə etiraz olaraq, uzun bir məktub imzalamışdılar.
Xristian, yəhudi və müsəlman olmaqla min nfərdən çox ingilis ailə bu məktubu imzalayaraq, bildirib: Valideynlər belə bir haqqa malik olmalıdırlar ki, öz uşaqlarının şəxsiyyətinə əsasən, həmçinin dini-mədəni özəlliklərə mütənasib şəkildə bu kimi təlimlər barədə qərar çıxarsınlar.