Nigeriya milli assambleyası Şeyx Zəkzakinin vəziyyətinə baxılması vədini verib
Nigeriya milli assambleyası bildirib ki, bu ölkənin islami hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin işinə baxmaq niyyətindədir.
Nigeriya islami hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin ağırlaşmasına dair xəbərlərin yayılmasından sonra onun tərəfdarlarının etirazlarının genişlənməsinə görə, Nigeriya milli assambleyası bildiribdir ki, Şeyx İbrahim Zəkzakinin həbs olunması prosesinə müdaxilə etmək niyyətindədir.
Şeyx Zəkzakinin vəziyyətinə baxılması vədi elə bir halda verilir ki, onun oğlu Muhəmməd İbrahim Zəkzaki ötən bazar ertəsi günü bir müraciətdə xəbərdarlıq etmişdi ki, atasının səhhəti olduqca ağırdır və onun həyatının qorunması üzrə bütün seçimlər demək olar ki, itirlibdir.
Şeyx İbrahim Zəkzakinin qanunsuz həbsindən üç il yarım keçir. Məhkəmənin hökmünə rəğmən, o, həbsdən azad edilməyibdir. Hazırda bu müsəlman liderin vəziyyəti ağırdır.