Sudanda 3 nəfər ölüb və yaralanıb
Sudandakı tibb mənbələri bu ölkənin xəfiyyə qüvvələrinin hücumunda bir etirazçının öldürülməsi, iki nəfərin də yaralanmasından xəbər veriblər.
Sudan həkimlərinin mərkəzi komitəsi bildirib ki, bazar günü günortadan sonra bu ölkənin paytaxtı Xortum şəhəri hərbi şuraya qarşı aksiyaların keçirilməsinin şahidi olubdur.
Sudan həkimlər komitəsi əlavə edib: Bu dinc aksiya sürətli reaksiya qüvvələrinin müdaxiləsi və etirazçılara atəşin açılması ilə zorakılığa çevrilibdir.
Minlərlə sudanlı ötən günlərdə "Əvvəl, ədalət" adlı aksiya keçirib, qüdrətin hərbçilərdən ötürülməsi barədə şüarlar verərək, vurğulayıbdır ki, öncə üç iyun qırğınının amilləri cəzalandırılmalıdırlar.
Təhlükəsizlik qüvvələrinin Xortumda ordu qəragahı qarşısında piketçilərə qarşı hücumunda 136 nəfər həlak olub.
Aprelin on birində Sudan hərbi şurası çevrilişdən və general Ömər Əlbəşirin prezidentlikdən kənarlaşdırılmasından sonra qüdrəti ələ alıbdır, amma Sudan xalqı hüquqi hökumətin təşkilini istəyir.