İyul 20, 2019 20:53 Asia/Baku
  • Sudan hərbi şurası Əlbəşirin beynəlxalq ədalət məhkəməsinə təhvil verilməməsini vurğulayıb
    Sudan hərbi şurası Əlbəşirin beynəlxalq ədalət məhkəməsinə təhvil verilməməsini vurğulayıb

Sudan hərbi şurasının sədri vurğulayıb ki, bu şura bu ölkənin kənarlaşdırılmış prezidentini heç bir vəchlə beynəlxalq ədalət məhkəməsinə təhvil verməyəcəkdir.

Sudan hərbi şurasının sədri Əbdulfəttah Əlburhan deyib ki, bu ölkənin kənarlaşdırılmış prezidenti Ömər Əlbəşiri heç bir vəchlə beynəlxalq ədalət məhkəməsinə təhvil verməyəcək, zira Sudan məhkəmə aparatı Əlbəşiri mühakimə etmək ləyaqəti və bacarığına malikdir və o, bu ölkə daxilində mühakimə olunacaqdır.

Sudanın baş prokuroru iyunun on üçündə bir bəyanat yayaraq bildirdi ki, bu ölkənin kənarlaşdırılmış prezidenti Ömər Əlbəşir korrupsiya ittihamı ilə mühakimə olunacaq.

Bundan öncə Sudandakı məhkəmə mənbələri bildirmişdilər ki, prokurorluq qanuni icazə olmadan iri məbləğlər toplamaq və pulyuma ittihamı ilə Əlbəşirə qarşı təhqiqata başlamışdı.

Ömər Əlbəşir xalq etirazlarının genişlənməsinin ardınca və Sudan ordusunun çevrilişi ilə aprelin on birində kənarlaşdırıldı və Əbdulfəttah Əlburhanın rəhbərliyi altında olan hərbi keçid şurası qüdrəti ələ aldı.

Beynəlxalq ədalət məhkəməsi də Sudanın qərbində yerləşən Darfur məntəqəsində soyqırımı və bəşəriyyətə zidd cinayətlər və hərbi cinayətlər törətmək ittihamı ilə 2009-cu ildən bəri Əlbəşiri təqib edir.

Teqlər