İyul 23, 2019 08:09 Asia/Baku
  • Tramp: İranla anlaşma çətindir
    Tramp: İranla anlaşma çətindir

Ölkəsinin nüvə anlaşmasından çıxmasından sonra dəfələrlə İranla müzakirə etmək istəmiş, amma İran tərəfindən müsbət cavab almamış Amerika prezidenti deyib ki, İranla anlaşma onun üçün daha da çətinləşibdir.

ABŞ prezidenti Donald Tramp Ağ Ev-də İranla son gərginliklər barədə müxbirlərlə söhbətdə deyib: Onlar, yəni iranlılar bizə hörmətsizlik edirlər və bu şəraitdə onlarla anlaşmaya gəlmək istəmək, mənə çox çətin gəlir.

“İrana qarşı maksimum təzyiq” siyasətinin uğursuz qalmasına görə, öz ölkəsində tənqid olunan Tramp dünən iddia edib ki, Amerika İran barədə mümkün olan ən pis ssenariyə hazırdır.

Amerika prezidenti söhbətinin digər bir hissəsində bu ölkənin bir qrup casusunun İranın Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmasına reaksiyada deyib: Onlar yalan deyirlər.

İranın Təhlükəsizlik Nazirliyi dünən Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin İrandakı casusluq şəbəkəsinin aşkar edilərək, məhv edilməsindən xəbər verdi.

İranın Təhlükəsizlik Nazirliyi qrup və fərdi şəkildə fəaliyyət göstərən Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin peşəkar casuslarından 17 nəfəri keçən günəş ilində həbs edibdir.

İranın Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr bölməsinin məlumatına görə, aşkar edilmiş casuslar iqtisadi, nüvə, infrastruktur, hərbi və kibernetika üzrə həssas və həyati mərkəzlərdə və özəl sektorda podratçı və ya müşavir formasında fəaliyyət göstərirmişlər.

 

 

 

Teqlər