İyul 26, 2019 11:55 Asia/Baku
  • Ukraynada müsadirə olunmuş rus tankerin ekipaj üzvləri azad ediliblər

Ukrayna hökuməti bu ölkənin Odessa bölgəsində müsadirə olunmuş rus tankerin ekipaj üzvlərini azad edib.

Rusiyanın Ukraynadakı səfirliyi bu gün səhərçağı bir bəyanatda bildirib ki, müsadirə olunmuş rus tankerin on ekipaj üzvü azad edilib, amma tanker bu ölkənin müsadirəsində qalmaqda davam edir.

Ukrayna təhlükəsizlik xidməti- SBU, dünən bir bəyanatda bildiirib ki, ötən ilin noyabr ayında Kerç boğazında ukraynalı katerlərin yolunu kəsməsi ittihamı ilə Odessa məntəqəsində "NEYMA" tipli bir rus tankeri müsadirə edibdir.

2018-ci ilin noyabrında Ukraynanın "Yani Kapu" yardım kateri, həmçinin "Nikopol" və "Berdyansk" tipli toplu katerlər Kerç boğazında Krım yarımadası ilə Rusiyanın dəniz sərhədindən keçərkən Rusiya bu ukraynalı katerləri müsadirə edərək, onların 24 ekipaj üzvünü həbs etdi.

Rusiyaya təcavüzə görə, bu ölkədə məhkəməlik olmuş bu şəxslərin həbs müddəti son zamanlar daha üç ay uzadılıbdır.

Teqlər