Avq 02, 2019 19:47 Asia/Baku
  • Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə göstəriş verib

ABŞ prezidenti bir icra fərmanı imzalayaraq, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə lisenziya verib.

Amerika prezidenti Donald Tramp İngiltərədəki sabiq rus casusu Sergey Skripalın zəhərlənməsi işi bəhanəsilə bu ölkənin Rusiyaya qarşı sanksiyalarının ikinci etapını tətbiq edib.

Bu sanksiyaların birinci mərhələsi 2018-ci ilin avqustunda "1991-ci il bioloji və kimyəvi silahların məhv edilməsi qanunu"na istinadla tətbiq olunmuşdu. Vaşinqton iddia edir ki, Moskva bu qanunun maddələrini pozubdur.

Digər tərəfdən, Rusiya Skripal macərasına hər cür müdaxiləni rədd edərək, İngiltərəni gizlilikdə və iki ölkə əlaqələrini qəsdən pozmaqda ittiham edibdir.

Rusiya rəsmiləri vurğulayıblar ki, İngiltərə hökuməti Skripalın və qızının bu ölkənin cənubunda zəhərlənməsində məsuliyyət daşıyır.

Teqlər