Londonun "Hitro" hava limanında 170-dən çox uçuş ləğv olunub
Londonda "Hitro" hava limanının məsul şəxsləri bu aeroportun işçilərinin tətil keçirmələrinin ardınca 172 uçuşun proqramını ləğv ediblər.
Londonda "Hitro" hava limanının məsul şəxsləri bildiriblər ki, aeroport işçilərinin tətilindən sonra bu uçuşların proqramları bazar ertəsi və çərşənbə axşamı günləri ləğv olunur.
"Hitro" hava limanının məsul şəxslərinin bildirdiklərinə görə, hava yollarından istənilibdir ki, uçuşları təmərküzləşdirərək, sərnişinləri alternativ xidmətlər üçün yenidən sifariş versinlər. Sərnişinlərdən də istəlinibdir ki, öz hava yolları ilə lazımi həmkarlığı edib, hazır olmaqla son dəyişikliklər ilə bağlı əlaqə saxlasınlar.
"Hitro" hava limanının işçiləri öz əmək haqlarının 7,3 faiz artırılmasını tələb edirlər. Bu tələb müdirlər tərəfindən tam ciddiliklə rədd olunubdur.
İngiltərə və Avropada ən çox gediş-gəlişli hava limanı olan Hitro hava limanı bu cəhətdən sərnişinlərin sayı baxımından dünyada altıncı aeroportdur.