Amerikada ölümcül atışmalar davam edir
Avq 04, 2019 21:37 Asia/Baku
İnformasiya mənbələri Amerikanın Ohayo ştatının Deyton şəhərindəki atışmada on nəfərin ölməsi və 24 nəfərin yaralanmasından xəbər veriblər.
Bir ağdərili şəxs qanuni şəkildə satın aldığı bir ədəd AR-15 silahı ilə Amerikanın Ohayo ştatının Deyton şəhərində insanları atəşə tutaraq, on nəfəri öldürüb, 24 nəfəri də yaralayıbdır.
Hələ rəsmi mənbələr bu rəqəmləri təsdiq etməyiblər.
Amerika xalqı hələ şənbəgünkü hadisənin şokunu yaşayır. Həmin hadisədə Trampın rasistcəsinə proqramlarının himayədarlarından olan 21 yaşlı arğdərili gənc Texas ştatının "El-Paso" şəhərindəki bir satış mərkəzində camaatı kor-koranə şəkildə atəşə tutaraq, 20 nəfəri öldürmüş, 24 nəfəri də yaralamışdı.