Avq 10, 2019 11:40 Asia/Baku
  • Amerikalı qatil rasist niyyətlərinə malik olduğunu etiraf edib
    Amerikalı qatil rasist niyyətlərinə malik olduğunu etiraf edib

Amerikanın Texas ştatında atışma amili bu cinayətin törədilməsində olan rasist niyyətlərini etiraf edibdir.

22 nəfərin həyatına son qoymuş Texas ştatının Elpaso şəhərindəki atışma amili olan Patrik Krusius bildirib ki, hədəfi, meksikalıları öldürmək olubdur.

Texas polisi o zaman bildiribdir ki, Krusiusdan bir yazı əldə edibdir ki, bu atışmanı "nifrətdən irəli gələn cinayətlər" sırasında qərar verəcək.

Amerika mediaları xəbər vermişdilər ki, Krusius həmin məktubda dörd ay bundan öncə Yeni Zelandiyanın Kraystçerç şəhərində müsəlmanların məscidinə qarşı hücum amilindən qalmış niyyət məktubunu himayə edərək, onun iddiasına görə, "ispan mənşəlilərin Texasa hücumu"ndan nigarançılıq edibdir.

Mart ayında baş vermiş Kraystçerç şəhərindəki hücumda azı əlli nəfər ölmüş, otuz nəfər də yaralanmışdı.

Amerikada Donald Trampın prezidentlik dövrünün başlanması ilə bu ölkədə sağçı ifratçı və rasist qrupların fəaliyyəti nəzərəçarpacaq dərəcədə artıbdır.

Rəsmi məlumatlara görə, Amerikada təqribən 270-300 milyon ədəd odlu silah mövcuddur, yəni bu ölkədə adambaşına bir silah düşür.

Amerikada vətəndaş hüquqlarını müdafiə və himayə qruplarının tələblərinə rəğmən, silah lobbisinin qüdrətinə görə, indiyədək Amerika hökumətlərindən heç biri bu ölkədə silah satışının məhdud edilməsi barədə qanunlar tətbiq etməyə müvəffəq olmayıbdır.

Teqlər