Avq 24, 2019 08:51 Asia/Baku
  • Tramp Çin mallarına tarifi artırıb
    Tramp Çin mallarına tarifi artırıb

Amerika prezidenti oktyabrın birindən Çin məhsullarından 250 milyard dollarına tarifin beş faizlik artımından xəbər verib.

Donald Tramp twitter-də yazıb: Çinin əvəzçıxma addımlarına cavab olaraq, Amerika oktyabrın birindən Çin məhsullarından 250 milyard dollarına tətbiq olunmuş 25 faizlik tarifi otuz faizədək artıracaq.

Amerika prezidenti həmçinin qeyd edib ki, Çin məhsullarından digər 300 milyard dollara nəzərdə tutulmuş tarif sentyabrın birindən on faizdən on beş faizədək artırılacaq.

Bundan öncə də Tramp Çinin əvəzçıxma addımlarınI tənqid edərək, amerikalı şirkətlərdən istəmişdi ki, Çinin yerinə başqa ölkələrlə ticarət etsinlər.

Trampın çevik və hiddətli reaksiyası elə bir halda edilibdir ki, Çin dünən Amerikadan idxal olunan əmtəə mallarından 75 milyard dollarına rüsum tətbiq etdiyini bildirdi.

Teqlər