Avq 26, 2019 19:13 Asia/Baku
  • ABŞ-ın anti-rus sanksiyalarının ikinci etapı icraya qoyulub

Amerika Rusiyaya qarşı sanksiyalarının ikinci etapını İngiltərədəki sabiq rus casus Sergey Skripalın zəhərlənməsi işi bəhanəsilə icraya qoyubdur.

ABŞ dövlət departamenti bu gün Rusiyaya qarşı yeni sanksiyaların sənədini təqdim edərək, bildiribdir ki, sanksiyaların bu mərhələsində Amerika banklarına Rusiya hökumətinə kənd təsərrüfatı məhsulları, o cümlədən qida maddələrinin satın alınması məqsədli pul ödəmələri istisna olmaqla kredit və ya hər bir digər pul vəsaiti təqdim etmək icazəsi verilməyəcək.

ABŞ dövlət departamentinin sənədində həmçinin beynəlxalq valyuta fondu və dünya bankı daxil olmaqla beynəlxalq maliyyə təşkilatlarından Moskvaya kreditlərin təqdim olunması və uzadılması ilə müxalifət edilibdir.

Yeni sanksiyalara əsasən, Rusiyaya ikili istifadəyə malik olan məhsulların ixracatı qadağan edilir. Vaşinqtonun bildirdiyinə görə, bu məhsullardan kimyəvi və bioloji silahlar istehsalında istifadə edilə bilər.

Teqlər