Fransanın şərqində avtomobillə bir məscidə hücum edilib
Fransanın yerli rəsmiləri bu ölkənin şərqindəki bir məscidə avtomobillə hücumdan xəbər veriblər.
Fransanın yerli rəsmiləri bildiriblər ki, bu ölkənin şərqində yerləşən Kolmar şəhərində bir sürücü bu gün səhər tezdən öz avtomobili ilə şəhərdəki bir məscidin divarına çırpılıb. Fransanın polis qüvvələri bu sürücünü həbs ediblər.
Fransanın yerli rəsmilərinin bildirdiklərinə görə, bu hadisə Kolmar şəhərindəki məscidin giriş qapısına xəsarətlər vurub, amma hələ bu hücumun səbəbi və ya onun terror mahiyyətli olması məlum deyildir.
Bu hadisədən sonra Fransanın polis qüvvələri dərhal hadisə yerində yerləşərək, məscidin ətrafındakı məntəqəni bağlayıblar. Avtomobilin sürücüsü xəstəxanaya köçürülüb.
Son illər ərzində islamofob hücumlar Avropada, o cümlədn Fransada nəzərəçarpacaq dərəcədə artıbdır.