Tunislilər ölkələrindəki seçkilərin nəticəsinə görə sevinirlər
Tunis prezident seçkilərində müstəqil bir namizədin qalib gəlməsinin ardınca minlərlə nəfər paytaxt küçələrinə çıxaraq, şadlıq edibdir.
Tunis prezident seçkilərinin ikinci turunun müstəqil namizədi Qeys Səidin qələbəsinə dair ilkin nəticələrinin bəlli olmasından sonra onun tərəfdarları paytaxt Tunis şəhərinin mərkəzindəki Həbib Burqibə küçəsinə çıxaraq, bu qələbəni bayram ediblər.
Tunis prezident seçkilərinin ikinci turu dünən keçirilib və ilkin nəticələrə görə, Qeys Səid təqribən 76 faiz səs toplayaraq, məşhur tacir və "Tunisin ürəyi" partiyasının lideri Nəbil Əlqərvini məğlub edibdir.
Qeys Səid tərəfdarları qarşısındakı ilk çıxışında bildirib ki, başda Fələstin amalı olmaqla ədalətli mövzuları himayə edir. O, deyib ki, Tunisə qəyyumluq dövrü başa çatıbdır.