Okt 29, 2019 10:35 Asia/Baku
  • Makron Fransanın cənub-qərbindəki bir məscidə qarşı silahlı hücumu pisləyib
    Makron Fransanın cənub-qərbindəki bir məscidə qarşı silahlı hücumu pisləyib

Fransa prezidenti bu ölkənin cənub-qərbində yerləşən Bayon məscidinə qarşı hücumu nifrətli adlandıraraq, bu hərəkəti pisləyib.

Emmanuel Makron bir tvitt-də bildirib ki, Fransa heç vaxt nifrətə dözyməyəcək. O, deyib: Bizim müsəlman həmvətənlərimizin qorunması və bu hərəkətin amillərinin cəzalandırılmaları üçün lazımi ölçünü götürəcəkdir.

Fransanın partiya və hökumət səviyyəli digər rəsmiləri də Bayon məscidinin önündə müsəlmanlara qarşı hücumu pisləyiblər.

Dünən bir şəxs Fransanın cənub-qərbindəki “Pirne Atlantik” bölgəsində yerləşən Bayon məscidinin önündə müsəlmanları atəşə tutub. Nəticədə iki müsəlman yaralanıb. Onlardan birinin durumu ağırdır.

Bu hücumdan sonra hücumçu şəxs öz mənzilinin önündə polis tərəfindən yaxalanıb.

Ekstremist və islamofob qrupların son aylar müsəlmanlara və islami mərkəzlərə qarşı hücumları Fransa daxil olmaqla əksər Avropa ölkələrində nəzərəçarpacaq həddə artıbdır.

 

 

Teqlər