Dek 06, 2019 21:27 Asia/Baku
  • Türkmənistanda korrupsionerlərin əmlaklarının müsadirə olunması başlandı
    Türkmənistanda korrupsionerlərin əmlaklarının müsadirə olunması başlandı

Türkmənistan milli telekanalı bir reportajda bu ölkədəki korrupsionerlərin əmlaklarının müsadirə olunmasının başlanmasından xəbər verdi.

Türkmənistan milli telekanalı bu gün bir reportajda bu ölkədəki korrupsionerlərin əmlaklarının müsadirə olunmasını nümayiş etdirib. Ona əsasən, Türkmənistan polisi bir hərəkətdə sabiq daxili işlər naziri İsgəndər Mulikovun və bu ölkənin mühacirət xidmətinin sabiq rəisi Melis Nabatovun dəbdəbəli evlər, avtomobillər, cəvahirat və nağd pula şamil olan əmlak və maliyyələrini aşkar və müsadirə edib.

Bu türkmən rəsmilər rüşvətxorluq ittihamı ilə təftiş ediliblər və sonda bu şəxslər koppupsioner sayılaraq, əmlakları müsadirə olunubdur.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov həmçinin bir hökmdə göstəriş veribdir ki, bu əmlak və maliyyələrdən məktəb və xəstəxana tikintisində istifadə olunsun.

Teqlər