Amerikada məktəblilərin məscidə sığınmaları filmi yayılıb
Müsəlman bir qızın atışmadan qorxuya düşmüş məktəblilərə Amerikanın Viskansin ştatındakı bir məsciddə sığınacaq vermək üzrə hərəkəti barədəki filmin yayılması onu mediaların diqqət mərkəzinə gətiribdir.
CNN telekanalının məlumatına görə, bir müsəlman Amerika vətəndaşı öz tvitter səhifəsində məktəblilərin məscidə tərəf qaçmaları və oraya sığınmaları filmini yayaraq, yazıb ki, Amerika prezidenti Donald Trampın bu filmi yenidən yayacağına və müsəlman məktəblinin orta məktəbdə soyuq və odlu silahla hücumla üzləşərkən necə məscidin qapısını açıb, öz sinif yoldaşlarının həyatını xilas etdiyini etiraf edəcəyinə ümid edir.
CNN bir reportajda Viskansində qorxuya düşmüş yüz şagirdin onların məktəblərində atışmadan sonra bir məscidə sığınmalarına nəzər salıbdır.
Bu məlumata əsasən, dekabrın üçündə Viskansin ştatındakı bir məktəbdə baş vermiş atışma və bıçaqçəkmədə müsəlman məktəbli qız Dua Əhməd yaxınlıqda yerləşən məktəbin qapısını açaraq, təqribən yüz məktəblini sığınmaq üçün məscidin içərinə istiqamətləndirdi.
Dua və atası məscidə sığınmış məktəblilərə valideynləri gələnədək orada istirahət etmək üçün kömək etdilər. Onlara su və yeməklə təmin etdilər.
Bu, ötən günlərdə Viskansindəki orta məktəbdə baş verən ikinci atışma olubdur.