Florida hərbi bazasında atışma qurbanlarının sayı artıb
ABŞ ordusunun hərbi rəsmiləri bildiriblər ki, Florida ştatında yerləşən hərbi bazada atışma üç nəfərin həyatına son qoyub.
Amerikanın hərbi və polis rəsmiləri bildiriblər ki, bir silahlı şəxs dekabrın 6-da Florida ştatında yerləşən Pensakola hərbi bazasında atəş açaraq, azı üç nəfəri öldürdükdən sonra öldürülübdür. Üç nəfər də yaralanıbdır.
ABŞ rəsmiləri həmin atışmanın amilnin kimliyini elan ediblər. Bu şəxs, səudiyyə hava qoşunlarının üzvü Muhəmməd Əlşimranidir. O, digər ölkələrdən olan bir neçə hərbçi ilə yanaşı, bir hərbi təlim kursu keçməkdə imiş.
Bu dəhşətli atışma barədə təhqiqatlar davam edir. Amerika federal polisi- FTB bu təhqiqat və axtarş işinin məsuliyyətini üzərinə götürübdür.
Pensakola hərbi bazasında 16 min hərbi qüvvə və yeddi mindən çox mülki şəxs fəaliyyət göstərir.
Qeyd edək ki, Amerikadakı digər hərbi mərkəzlər də bu ölkədəki kütləvi atışmalar problemindən kənarda qala bilməyiblər.