Dek 10, 2019 13:28 Asia/Baku
  • Polşa Türkiyənin NATO-nun layihələrinə qarşı hədəsini tənqid edib
    Polşa Türkiyənin NATO-nun layihələrinə qarşı hədəsini tənqid edib

Polşa hökumətindəki yüksək vəzifəli bir rəsmi deyib: Türkiyə NATO-nun Baltik bölgəsi üzrə müdafiə layihəsinə dəstəyindən geri çəkilə bilməz.

Polşa prezidentinin müşaviri Kristof Szerski, Türkiyənin, Avropanın suriyalı kürd yarımhərbçilərə dəstəyinin davam edəcəyi halda Baltik bölgəsi üzrə müdafiə layihəsinə dəstəyini geri götürmək barədəki təhdidinə reaksiyada deyib: Türkiyə öz qərarını poza bilməz.

Szerski əlavə edib: Türkiyənin NATO-ya üzv ölkələrin Ankara ilə yanaşı London iclasındakı müdafiə qərarından geri dönməsi üçün heç bir yol yoxdur. Zira qərarlar hər iki tərəf- Baltik-Polşa və Türkiyə üçün çıxarılıb və hazırda biz onların icra edilməsini gözləyirik.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-da Baltik-Polşa müdafiə layihəsinin qəbul olunmasından sonra bildirdi ki, Ankara tam şəkildə bu layihə ilə razılaşmayıb və onun təsdiqlənməsi YPG-nin NATO-da terror qrupu kimi tanınmasından asılıdır.

 

 

Teqlər