İngiltərə Fars Körfəzində hərbi iştirakını artırmaq niyyətindədir
İngiltərə dəniz qoşunlarının komandanı bildirib ki, bu ölkə Fars Körfəzindəki hərbi iştirakını artıracaq.
İngiltərə krallığının dəniz qoşunlarının qərargah rəisi Toni Radakin dünən BBC ilə müsahibədə deyib: London Tehranla gərginliyi aradan qaldırmaq ardıncadır, amma hələlik Fars Körfəzi bölgəsində öz hərbi iştirakını artırmaq qərarına gəlib.
Radakin əlavə edib: London hərçənd Vaşinqtonun Tehrana qarşı siyasətini himayə etmir, amma Fars Körfəzində Amerikanın dəniz koalisiyasında iştirakı davam etdirəcək.
Bu ingilis rəsmi eyni zamanda Vaşinqtonun puç iddialarını təkrar edibdir.
İngiltərə-İran əlaqələrində gərginlik ötən yayda Cəbəlüttariq sahil qvardiyasının İngiltərənin dəniz qüvvələrinin həmkarlığı və göstərişi ilə İran tankerini müsadirə etməsindən sonra artdı.
Onun ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri iyulun 19-da bir İngiltərə tankerini dənizçilik qanunlarını pozmaq günahı ilə Hörmüz boğazında müsadirə etdilər.