Fransadakı tətillər turistləri də çaşqınlığa salıb
Yeni milad ili tətilləri ilə bir zamanda Fransada ümumölkə tətillərinin davam etməsi Parisdə turistlər üçün böyük problemlər yaradıbdır.
Frans 24 telekanalının məlumatına görə, Fransada dekabrın beşindən başlanan və pensiya sistemində islahatlara etiraz olaraq keçirilən tətillər şəhərlərin sakinlərindən əlavə, turistləri də nəzərdə tutduqları marşrutları piyada şəkildə getməyə məcbur edibdir.
Parisdə turistlərdən biri Frans 24 ilə müsahibədə qeyd edib ki, ictimai nəqliyyat sektorundakı tətilə görə, bir gün ərzində 24 kilometr piyada yol gedibdir.
Hətta turistlər belə, avtobus və metrodan istifadə edə bilmirlər. Onlar deyirlər ki, internet taksiləri ilə gediş-gəliş haqqının yüksək olmasına görə, bu taksilərdən istifadə mümkün deyildir.
Çıxdıqları ölkələrə qayıdış məqsədilə hava limanına getmək də turistlər üçün ciddi problemə çevrilibdir.