Mart 01, 2020 11:05 Asia/Baku
  • Tramp iddia etdi: Amerikanın ən uzun müharibəsinə son qoyacağıq
    Tramp iddia etdi: Amerikanın ən uzun müharibəsinə son qoyacağıq

ABŞ prezidenti taliblərlə sülh razılaşması yolu ilə Amerikanın ən uzun sürən müharibəsinə son qoymaq istədiyini iddia edib.

İRİB-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünən axşam özünün mətbuat konfransında Amerika ilə taliblər arasında sülh razılaşmasının imzalanması barədə iddia edib ki, bu razılaşma yolu ilə Amerikanın ən uzun sürən müharibəsinə son qoymaq və amerikan əsgərlərin evlərinə qayıtmasına şərait yaratmaq istəyir. 

Əfqanıstanda müharibənin dayanmaması barədə nigarançılıqlara rəğmən bir illik sıx müzakirələrdən sonra nəhayət Amerika və taliblər arasında sülh razılaşması imzalanıb. 

Amerikanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zəlmi Xəlilzad və taliblərin siyasi müavini Molla Qəni Bəradər dünən Qətərin paytaxtı Dohada müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Əfqanıstanda müharibəyə son qoyulması üzrə sülh razılaşması imzalayıblar. 

ABŞ prezidenti mətbuat konfransında həmçinin ölkəsində koronavirusun ilk tələfatı xəbərini təsdiqləyərək bu ölkə sərhədlərində səfər məhdudiyyətlərinin tətbiq edilməsindən xəbər verib. 

ABŞ prezidenti bu ölkədə koronavirusa yoluxma nəticəsində ilk ölüm halını təsdiqləyərək özünün zəif fəaliyyətini əsaslandırmaqla deyib: Hökumət daha çox tələfat gözləyirdi amma buna baxmayaraq qorxuya səbəb yoxdur. 

Amerikada koronavirusun gün-gündən yayılmasına rəğmən Trampın bu xəstəliyi ciddiyə almaması kəskin tənqidlərə səbəb olub. 

TRAMP ƏFQANISTAN MÜHRİBƏSİNƏ SON QOYMAQ NİYYƏTİNDƏ OLDUĞUNU İDDİA ETDİ

Teqlər