Koronavirusa görə, Los-Ancelesdə fövqəladə vəziyyət
ABŞ-ın Los-Anceles şəhərinin rəsmiləri bu şəhərdə daha altı nəfərin koronavirusa yoluxmasından sonra şəhərdə fövqəladə vəziyyət elan ediblər.
Hazırda Los-Anceles şəhərində 7 nəfər KOVİD-19(COVID-19)-a yoluxub.
Koronavirusa görə, Los-Ancelesdə fövqəladə vəziyyət elə bir halda elan olunur ki, "Uol Strit Cournal" amerikan qəzet çərşənbə axşamı günü Amerikada bu virusa yoluxanların sayının 106 nəfərə çatdığını elan etmişdi.
"Uol Strit Cournal" həmçinin qeyd edib ki, indiyədək koronavirusa yoluxma nəticəsində Amerikada altı nəfərin öldüyü təsdiq olunubdur.
Amerikada Donald Tramp hökumətinin koronavirus epidemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlibdir və hətta Vaşinqton ştatının qubernatoru bu epidemiya ilə əlaqədar ştatda fövqəladə durum elan edibdir.
ABŞ-da xəstəliklərin profilaktikası mərkəzinin ekspertləri bir neçə gün bundan öncə xəbərdarlıq etdilər ki, Amerika gec-tez ciddi koronavirus epidemiyası ilə üzləşəcəkdir.
KORONAVİRUSA GÖRƏ, LOS-ANCELESDƏ FÖVQƏLADƏ DURUM