Trampın müharibə ixtiyarları azaldılıb
ABŞ konqresinin nümayəndələr palatası yerli vaxtla çərşənbə günü gecə İrana qarşı hər cür hərbi addım qarşısında Donald Trampın müharibə ixtiyarlarının məhdudlaşdırılması haqda qətnamə qəbul edib.
Bu qətnaməyə görə, Amerikanın İrana qarşı hər cür hərbi addımı konqresin icazəsinə ehtiyaclı olacaqdır.
Bu qətnamə qanuna çevrilmək üçün Amerika prezidenti tərəfindən imzalanmalıdır, amma Donald Tramp bundan öncə bildirmişdi ki, bu qətnaməni veto edəcək.
Veto təqdirində, qətnamə qanuna çevrilmək üçün prezidentin imzasına ehtiyac olmadan konqresdə səslərin üçdə iki hissəsini yığmağa ehtiyac duyacaqdır.
ABŞ konqresinin nümayəndələr palatası yanvarın 9-da Donald Trampın müharibə ixtiyarlarının azaldılması layihəsini qəbul etdi.
Amerika prezidenti Donald Trampın İrana qarşı müharibə hədələri general Soleymaninin və onun silahdaşlarının namərdcəsinə terror edilmələrindən sonra ABŞ konqresində böyük nigarançılığa səbəb oldu və konqresin demokrat üzvləri Trampın İranla müharibə sahəsindəki ixtiyarlarını məhdudlaşdırmaq qərarına gəldilər.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general Qasem Soleymani və İraqın xalq səfərbər qüvvələri təşkilatının sədr müavini Əbuməhdi Əlmuhəndis, həmçinin onların silahdaşlarından bir qrupu 2020-ci il yanvarın üçündə səhər tezdən amerikalı təcavüzkar və terrorçu qüvvələrin İraqın paytaxtı Bağdadın hava limanının yaxınlığındakı hava hücumunda şəhid edildilər.
TRAMPIN MÜHARİBƏ İXTİYARLARI AZALDILIB