Mart 15, 2020 14:14 Asia/Baku
  • İtaliyada 3500 yeni koronavirus halı qeydə alınıb

İtaliya bildirib ki, ötən sutka ərzində bu ölkədə təqribən 3500 nəfər COVID-19-a yoluxub və 175 nəfər də bu virus nəticəsində vəfat edibdir.

İtaliya Mülki Müdafiə İdarəsi dünən gecə bildirib: COVID-19-a qəti yoluxanların son statistikası göstərir ki, ötən sutka ərzində bu ölkədə 3497 nəfər bu virusa yoluxub və yoluxanların yekun statistikası dünənki 17660 nəfərdən 21157 nəfərə çatıbdır.

İtaliyanın səhiyyə orqanı həmçinin bildiribdir ki, dünən koronavirusa yoluxma nəticəsində daha 175 nəfərin ölümü ilə bu xəstəlikdən ölənlərin son rəqəmi 1441 nəfər olubdur.

İndiyədək İtaliyada 1966 nəfər koronaviruslu xəstə sağalıb və 1518 nəfərin vəziyyəti ağır elan olunubdur.

İtaliya koronavirusa yoluxma və ölüm sayı baxımından Çindən sonrakı pillədə durur.

İtaliyadan sonra digər Avropa ölkələri də sürətlə bu virusa yoluxma hallarını qeydə almaqdadırlar. O cümlədən İspaniya İtaliyadan sonra ən çox insan tələfatına malikdir.

Fransada da bu pandemiyaya yoluxanların sayı sürətlə artmaqdadır. Bu ölkədə 3661 nəfər koronavirusa yoluxub, 79 nəfər də vəfat edibdir.

Almaniyada yoluxanların sayı Fransaya nisbətən yuxarı olsa da bu ölkədə ölüm halları çox cüzidir. Həmin ölkədə 4181 nəfər koronavirusa yoluxub, səkkiz nəfər isə həyatını itiribdir.

Rəsmi adı KOVİD-19(COVID-19) olan koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkar edilib.

Bu virus hazırda Çindən əlavə, 140-dan çox ölkəyə də sirayət edibdir.

Son məlumatlara görə, indiyədək dünyada təqribən 146 min nəfər bu virusa yoluxub. Bu miqdardan 75 min nəfərdən çox insan sağalıb, azı 5400 nəfər isə həyatını itiribdir.

 

İTALİYADA 3500 YENİ COVID-19 HALI QEYDƏ ALINIB

 

Teqlər

Şərhlər