İsveçli qocalar koronavirus prioritetindən kənara qoyulublar
İsveç başçıları bu ölkədəki qocaların bir hissəsini koronavirusla mübarizə sahəsində daha artıq qorumalara əlçatma prioritetindən çıxarıblar.
«Aftun Bladet» qəzeti dünən yazıb ki, İsveçin paytaxtı Stokholmdakı «Karolinska» universiteti xəstəxanasından əldə olunmuş sənədə əsasən, yaşı səksəndən yuxarı olan və ya bir neçə problemə malik olan 60 yaşından yuxarı koronavirus xəstələri reanimasiya və intensiv terapiya bölməsində yerləşdirilmə prioritetindən kənara qoyulurlar.
Bu sənəd İsveç rəsmilərinin qeyd olunan bölmədə yerləşdirilmək üçün xalq qruplarını prioritet cəhətdən ayırmaq və sağ qalmaq üçün daha çox ehtimala malik olan şəxsləri reanimasiya və intensiv terapiya bölməsində yerləşdirmək ardınca olmaları barədə olan öncəki məlumatları təsdiq edir.
Son statistikalara görə, İsveçdə koronavirusa yoluxanların sayı 10 min 151 nəfəri keçib. Bu xəstəlikdən ölənlərin sayı da 887 nəfərə çatıbdır.
COVID-19 PRİORİTETİ İSVEÇLİ QOCALARA ŞAMİL OLMUR