Apr 15, 2020 12:17 Asia/Baku
  • Trampın ixtiyarı tam deyil, amma onun ləyaqətsizliyi mükəmməldir

ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin sədri bu ölkə prezidentinin Amerika iqtisadiyyatını yenidən açmaq üçün tam ixtiyara malik olmasına dair sözlərinə reaksiyada tvitter-də yazıb ki, Trampın ixtiyarı tam deyil, amma onun ləyaqətsizliyi mükəmməldir.

ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin sədri Adam Şif Trampı ləyaqətsiz adlandıraraq, bildirib ki, Amerika koronavirusa nəzarət üçün bir proqrama malik olmadan iqtisadi fəaliyyətləri bərpa etməyəcək.

Amerika prezidenti Donald Tramp bazar ertəsi günü bir mətbuat konfransında bəzi ştatların qubernatorlarının iqtisadi fəaliyyətlərin bərpa edilməsilə müxalif olmaları haqda demişdi ki, onun bu barədə göstəriş verməyə tam ixtiyarı var.

Amerika hökuməti və xüsusən prezident Tramp koronavirusun bu ölkədə yayılmasına məsuliyyətsiz yanaşdıqlarına görə, kəskin tənqid atəşlərinə tutulurlar.

Hazırda Amerikada 24 min 618 nəfər koronavirusa yoluxma səbəbindən həyatını itirib. 597 min 838 nəfər isə bu virusa yoluxubdur.

Amerika koronavirusa yoluxma və bu virusdan vəfat etmənin sayı cəhətdən dünya ölkələri arasında ən yüksək göstəricilərə malikdir.

Bu ölkədə koronavirusun yayılması bir çox problemlərə səbəb olub və yüksək yoluxma sayına malik olan Nyu-York kimi ştatlar xəstəxanalarda tibbi ləvazimat qıtlığı ilə üzləşirlər.

TRAMPIN İXTİYARI TAM DEYİL, AMMA LƏYAQƏTSİZLİYİ MÜKƏMMƏLDİR

 

Teqlər