May 02, 2020 16:56 Asia/Baku
  • ABŞ keçmiş SSRİ xalqlarına qarşı ölümcül silah hazırlamaqda ittiham olundu

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Amerikanın postsovet məkanında 65 gizli biolaboratoriyası fəaliyyət göstərir. Bunu rusiyalı politoloq Aleksey Muxin deyib.

Ekspert bildirib ki, Ukraynada 15, Ermənistanda 12, Gürcüstanda 15 və Qazaxıstanda 4 gizli laboratoriya yaradılıb.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi - Pentaqonun Rusiya sərhədləri yaxınlığında fəaliyyət göstərən gizli biolaboratoriya şəbəkəsi geosiyasi məqsədlər üçün istifadə olunur: Məqsəd SSRİ ərazisində yaşayan xalqlara qarşı yönəlmiş bioloji silahların yaradılmasıdır.

Muxin qeyd edib ki, ölkələrə müxtəlif səviyyələrdə ziyan vurmaq niyyəti günümüzün əsas reallığıdır: Bu səbəbdən ABŞ və həmçinin Britaniyanın keçmiş SSRİ respublikaları və digər ölkələrin ərazilərindəki bioloji laboratoriyalarına xüsusi diqqət yetirilməlidir. 

ABŞ KEÇMİŞ SSRİ XALQLARINA QARŞI ÖLÜMCÜL SİLAH HAZIRLAMAQDA İTTİHAM OLUNDU

Teqlər