May 20, 2020 08:08 Asia/Baku
  • Çin Trampın hərəkətinə görə hiddətlənib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidenti Donald Trampın öz məsulyyətlərini Ümumdünya Səhiyyə Təşkilatının boynuna atmağa çalışmasını tənqid edib. Deyib ki, Trampın hədəfi, Pekinin imicini pozmaqdır.

SaharAzeri xəbər verir: Çjao Li Tszyan dünən öz mətbuat konfransında Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının sədrinə göndərdiyi məktuba və koronavirus pandemiyasına görə, ardıcıl şəkildə Çini tənqid etməsinə toxunub. Bildirib ki, bu məktubyazma da ehtimal üzrə ümumi fikri yayındırmaq üzrə bir metoddur.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Amerika koronavirus qarşısında faydasız metoda və yetərsiz nəzarətə malik olubdur. O, deyib: Amerika məzəmmətetmələri dayandırmalı və koronavirusun aradan qaldırılması üzərində təmərküzləşməlidir.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Ümumdünya Səhiyyə Təşkilatının illik sessiyasının ilk günü ilə bir zamanda ölkəsini bu təşkilatdan çıxarmaqla hədələyib və onu Çinin teatr kuklası adlandırıbdır.

Trampın Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı bu son hərəkəti ABŞ və Çin rəsmiləri arasındakı höcətləşmənin yüksəlməsinə bais olubdur.

Koronavirus pandemiyasının başlanmasından bəri Tramp hökumətinin siyasətçiləri və dövlət başçıları dəfələrlə Çini tənqid edib və bu ölkənin koronavirusla bağlı şəffaflığının olmadığı və Ümumdünya Səhiyyə Təşkilatının Çinin tərəfində durduğunu bildiriblər.

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon 800 min nəfəri keçib və 317 min nəfərdən çox insan həyatını itiribdir. Dövlətlər bu təhlükəli virusun aradan qaldırılmasına çalışırlar.

ÇİN TRAMPIN HƏRƏKƏTİNƏ GÖRƏ HİDDƏTLƏNİB

Teqlər

Şərhlər