May 21, 2020 13:53 Asia/Baku
  • Barselonada anti-hökumət aksiyası

İspaniyanın Barselona şəhərinin əhalisi bir aksiyada bu ölkənin baş nazirinin vəzifəsindən kənara çəkilməsini istəyib.

SaharAzeri xəbər verir: Yüzlərlə İspaniya vətəndaşı Barselonanın Kataloniya bölgəsində anti-hökumət aksiyası keçirib.

Aksiyaçılar İspaniyanın baş naziri Pedro Sançesin kənara çəkilməsini tələb edib.

Pedro Sançes hökumətinə qarşı aksiya qərar üzrə hər gecə saat 21-də İspaniyanın bir çox şəhərində keçirilməlidir.

Pedro Sançes İspaniya parlamentindən istəyibdir ki, koronavirusla bağlı iki ay bundan öncədən bu ölkədə tətbiq olunmuş fövqəladə vəziyyəti iyun ayının 7-dək uzatsın.

İspaniya parlamenti Sançesin xahişi ilə bağlı səsverməni bu gün keçirməlidir.

Solçu İspaniya hökuməti koronavirus məhdudiyyətlərinin ləğvi və iqtisadi sektorların yenidən açılmasını istəyən mühafizəkarların və digər yerli partiyaların tənqidlərinə cavabda deyir ki, fövqəladə şəraitin ləğvi məsuliyyətsizcəsinə bir tələbdir.

BARSELONADA ANTİ-HÖKUMƏT AKSİYASI KEÇİRİLİB

Teqlər