Rusiya: "Bir çox ölkə ABŞ-ın biolaboratoriyalarının fəaliyyətindən narahatdır"
https://azeri.sahartv.ir/news/dünya-i362447-rusiya_bir_çox_ölkə_abŞ_ın_biolaboratoriyalarının_fəaliyyətindən_narahatdır
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov cümə günü bir tvittdə bir çox əlkənin ABŞ-ın biolaboratoriyalarının fəaliyyətindən narahat olduğunu yazıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2020 02:25 Asia/Baku
  • Rusiya:

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov cümə günü bir tvittdə bir çox əlkənin ABŞ-ın biolaboratoriyalarının fəaliyyətindən narahat olduğunu yazıb.

SəhərAzəri - İRNA-nın verdiyi məlumata görə, ABŞ-ın Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığında yerləşən "R.Luqar" adlı biolaboratoriyasının fəaliyyəti rusların ciddi narahatlığına səbəb olub.

Rusiyanın Xarici İşlər Nazirliyi ötən çərşənbə günü bir bəyanat yayaraq, ABŞ-ın Gürcüstandakı "R.Luqar" biolaboratoriyasının fəaliyyətilə bağlı çoxlu məsələlərin olduğuna işarə edib və "Bu laboratoriyanı ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon yaradıb və ondan təhlükəli infeksion xəstəliklərin araşdırılması üçün istifadə edir",-deyə əlavə edib.

Rusiyanın Müdafiə Nazirliyi də 2020-ci ilin əvvəlində verdiyi bəyanatda, Gürcüstanda və Rusiya sərhəddi yaxınlığında Pentaqonun Moskva və Pekin üçün təhlükə yaradan biolaboratoriya inşa etdiyini açıqlamışdı.