Rusiya İranın kosmik texnologiyaya malikolma haqqını müdafiə edib
Rusiyanın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın baş katibinə məktub ünvanlayaraq, İranın kosmik texnologiyaya malikolma haqqını müdafiə edib
SəhərAzəri xəbər verir, O, bu məktubda Amerikanın İranın kosmosa süni peyk göndərməklə Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmasına dair iddialarını rədd və Tehranın bu texnologiyaya malik olmaq üzrə haqqını müdafiə edib.
Vasili Nebenzya dünən yayılan BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına məktubunda sonra belə qeyd edib: İranın heç vaxt nüvə silahı olmayıb, hazırda da bu silaha malik deyil və gələcəkdə də onlara malik olacağını gözləmirik.
Nebenzya aprelin 22-də kosmosa göndərilmiş süni peykə qarşı ABŞ-ın ittihamlarını azdırıcı adlandırıb və belə deyib: 2231 saylı qətnamə İrandan istəyibdir ki, nüvə silahlarını daşıyan ballistik raketlərlə bağlı heç bir fəaliyyət həyata keçirməsin.
İranın nüvə anlaşmasını icra etməyə başladığı zamandan bugünədək bunun dəfələrlə MAQATE tərəfindən öz təsdiqini tapdığını xatırladıb və belə söyləyib: Bu sabit bir reallıqdır ki, İran nə atom silahı daşımağa qadir olan ballistik raketlərə malikdir, nə onları inkişaf etdirib, nə də ki, sınaqdan keçiribdir.
Amerika hökuməti son günlər Təhlükəsizlik Şurasının bir qrup üzvü arasında bir qətnamə paylayıbdır. O, bu qətnamədə BMT-nin İrana qarşı silah sanksiyalarının uzadılmasını istəyir. Bununla belə, bu qətnamənin qəbul olunması Təhlükəsizlik Şurasının 9 üzvünün razılığı və Rusiya və Çin tərəfindən vetonun qoyulmamasından asılıdır.
Amerika iki il bundan qabaq və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə məhəl qoymadan rəsmən nüvə anlaşmasından çıxsa da yeni hüquqi şərhdə iddia edibdir ki, bu qətnamənin maddələrinə əsasən, nüvə anlaşmasında iştirak edənlərdən biri olmaqda davam edir və bu çərçivədə tətik mexanizmi daxil olmaqla bu anlaşmada irəli sürülən mexanizmlərdən istifadə etmək haqqı vardır.
İrana silah satışı ilə bağlı qadağalar Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin maddələrinə əsasən, 2020-ci il oktyabrın 18-də götürüləcəkdir.