ABŞ-da naməlum şəxs insanlara atəş açıb, ölən və yaralanan var
https://azeri.sahartv.ir/news/dünya-i362775-abŞ_da_naməlum_şəxs_insanlara_atəş_açıb_ölən_və_yaralanan_var
ABŞ-ın Los-Anceles şəhərində naməlum şəxs avtomobildən piyadalara odlu silahdan atəş açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2020 18:47 Asia/Baku
  • ABŞ-da naməlum şəxs insanlara atəş açıb, ölən və yaralanan var

ABŞ-ın Los-Anceles şəhərində naməlum şəxs avtomobildən piyadalara odlu silahdan atəş açıb.

SəhərAzəri - Yerli mənbələrin verdiyi məlumata görə, insident nəticəsində iki nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin onlardan biri xəstəxanada dünyasını dəyişib.

Bildirilir ki, insident şəhərin mərkəz hissəsində baş verib. Hazırda polislər hadisənin şahidlərini sorğu-sual edir, cinayətkarın axtarılşları davam etdirilir.