İyun 09, 2020 07:53 Asia/Baku
  • Pxenyan: Cənubi Koreya ilə birbaşa əlaqələri kəsəcəyik

Şimali Koreya bir açıqlamada bildiribdir ki, Cənubi Koreya ilə birbaşa əlaqələri tam şəkildə kəsəcək və bu ölkə ilə əlaqə ofisini bağalayacaqdır.

Açıqlamada sonra belə deyilir: Pxenyan bu qənaətə gəlibdir ki, Cənubi Koreya ilə birbaşa əlaqənin heç bir zərurəti yoxdur. Seulun öz hərəkətləri ilə ikitərəfli əlaqələrdə narahatlığın yaranmasına bais olacağı zamanadək tərəflər arasında heç bir müzakirə aparılmayacaq.

Ötən bir neçə gün ərzində Cənubi Koreya Pxenyan tərəfindən kəskin tərzdə tənqid olunub. Pxenyan təhdid edibdir ki, əgər Seul bəzi şəxslərin Şimali Koreyaya qarşı büroşura yaymaq kimi hərəkətləri ilə mübarizə aparmazsa, iki Koreyanın birgə ofisini bağlayacaq və digər layihələri dayandıracaqdır.

Dünən 2018-ci ildən bəri ilk dəfə olaraq Cənubi Koreyada iki Koreyanın yenidən birləşdirilməsi nazirliyi bildiribdir ki, Seul rəsmilərinin Pxenyan rəsmiləri ilə müntəzəm gündəlik telefon təmasları cavabsız qalıbdır.

 

Teqlər