İspaniyada İŞİD maliyyəçisinin tutulması
İspaniya polisi ölkədə İŞİD terror qruplaşmasının maliyyələşdiricisini həbs edib.
SəhərAzəri Sputnik xəbər agentliyinə istinadən xəbər verir, İspaniya Milli Qvardiyası, İŞİD terror şəbəkəsini maliyyələşdirməkdə şübhəli olan bir nəfəri həbs edib.
Polisdən verilən məlumata görə sözü gedən şəxs adamları terrorçulara qoşulmağa dəvət edib, Avropadakı İŞİD tərəfdarlarından topladığı pulları İnternet vasitəsilə Suriyaya göndərirmiş.
"Müfəttişlər aşkar etdilər ki həmin Şübhəli maliyyə təşkilatı, Avropa, Orta Şərq və Şimali Afrikada əlaqələri olan bir transmilli şəbəkənin bir hissəsidir."- deyə polis mənbəi bildirib.
Həmçinin İspaniya polisi may ayında, iki ayrı əməliyyatda İŞİD terror qruplaşmasının maliyyə qurumlarında iştirakda şübhəli bilinən daha iki nəfəri həbs edib.