Minlərlə isveçrəli Sürix şəhərində irqçiliyə qarşı aksiya keçerib
On mindən çox İsveçrə vətəndaşı Sürix şəhərində küçələrə axışaraq, irqi ayrı-seçkilik və Corc Floydun ABŞ polisi tərəfindən öldürülməsinə etiraz ediblər.
SaharAzeri xəbər verir, aksiyaçılar irqçiliyə son qoymaq və Floyd üçün ədalət tələb edirlər.
Etirazçılar əllərində plakatlar daşıyaraq, dünya ölkələrini rənglidərililərə qarşı irqçiliyə və ədalətsizliyə son qoymağa çağırıblar. Nümayişçilər, həmçinin "Qaraların həyatı vacibdir" və "İnsanlara ədalət və bərabərlik" şüarları səsləndiriblər.
Sürix polisi etirazçıları dağıtmaq üşün gözyaşardıcı qazdan istifadə edib. Həmçinin polis və etirazçılar arasında məhdud toqquşmalarda baş verib.
ABŞ və Avropada anti-rasizm aksiyaları, 25 mayda ABŞ-da afroamerikalı Corc Floydun ağdərili bir polis məmurunun zorakılığı nəticəsində ölümündən sonra səngimək bilmir.