Şimali Koreya ilə Cənubi Koreya sərhədində partlayış olub
https://azeri.sahartv.ir/news/dünya-i363284-Şimali_koreya_ilə_cənubi_koreya_sərhədində_partlayış_olub
Şimali Koreyanın Keson şəhərinin sərhədyanı sənaye kompleksinin yaxınlığında partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 09:08 Asia/Baku
  • Şimali Koreya ilə Cənubi Koreya sərhədində partlayış olub

Şimali Koreyanın Keson şəhərinin sərhədyanı sənaye kompleksinin yaxınlığında partlayış baş verib.

SaharAzeri YJC-ə istinadla xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyinin hərbi mənbəsi yayıb.

Cənubi Koreyanın Birləşmə Nazirliyi vurğulayıb ki, Şimali Koreya hakimiyyəti Seulla Pxenyanın birləşməyə dair ortaq ofisinin yerləşdiyi sənaye kompleksini partladıb.

Şimali Koreya hökuməti hələlik partlayışla bağlı heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Keson şəhəri Cənubi Koreya ilə Şimali Koreya arasındakı sərhəddə yerləşir.