İyun 17, 2020 07:45 Asia/Baku
  • Ağ Ev Boltonun kitabının nəşrini əngəlləyir

Ağ Ev Amerikanın sabiq milli təhlükəsizlik müşavirinin kitabının nəşrinin qarşısını almaq üçün müəyyən tədbirlər görübdür.

SəhərAzəri xəbər verir, Ağ Ev tezliklə ABŞ-ın ədliyyə nazirliyi vasitəsilə/ paylanması iyunun 23-ə təyin olunmuş Amerikanın sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun xatirələri kitabının nəşrinin qarşısını almaq üçün addımlar atacaqdır.

Ağ Ev dəfələrlə bildiribdir ki, Boltonun xatirələri kitabı gizli məlumatlara malikdir. Ağ Ev başçılarının sözlərinə görə, federal hökumətin Boltondan şikayət etməsi ehtimalı nəzərdə tutulubdur.

Amerika prezidenti Donald Tramp Con Boltonun ifşaedici kitabının nəşri ilə bağlı xəbərlərə reaksiyada deyib ki, bu kitabın nəşri qanunsuz, məzmunu da yalandır.

Amerikanın sabiq milli təhlükəsizlik müşaviri öz ifşaedici kitabında Trampın yeganə nigarançılığını, 2020-ci il noyabr seçkilərində qalib gəlmək adlandırıbdır.

 

Teqlər