ABŞ-da etirazlar başlayandan bəri asılmış olan dördüncü qaradərinin cəsədinin tapılması
Daha bir Amerika vətəndaşının asılmış cəsədi elə bir vaxtda tapılıb ki ABŞ-da irqçiliyə qarşı etiraz dalğası davam edir.
SəhərAzəri xəbər verir, İrqçiliyə qarşı etirazlar başlayandan bəri dördüncü qaradərinin cəsədi bir avtoparkda asılmış vaziyyətdə tapılıb. Bu cəsəd 16 yaşlı qaradərili bir Yeniyetməyə aiddir.
Harris bölgəsinin Şərifi dünən gecə xəbəri açıqlayaraq, Yeniyetmənin öldürülməsi ehtimalını rədd edib, bunu intihar adlandırdı.
Məlumatlara görə, may ayının sonlarında Kaliforniyada 38 yaşlı Malcolm Harş adlı qaradərili ağacdan asılmış vaziyyətdə tapıldı, iyunun 10-da isə Harşin öldürüldüyü yerdən 72 km fasilədə yerləşən Palmedalda digər bir qaradərili, 24 yaşlı Robert Fullerin cəsədi, ağacdan asılmış vəziyyətdə tapıldı. Həmçinin Fullerin cəsədi aşkar olunmazdan bir gün əvvəl, 27 yaşlı Dominik Alexander, Manhettenin Fort Tyrone Parkındakı bir ağacdan asılmışdı. New York məhkəmə tibbi, onun ölümünü intihar elan etdi.
Bunlara rəğmən belə nəzərə gəlir ki Amerikan qaralarının öldürülməsi, köləlik dövründəki çinayatlərə bənzəyir və bu, ABŞ-da qaradərililərə qarşı bir sıra sui-qəsdlərin başlanğıcı deməkdir.
Lakin, Harş və Fuller ailələri, hakimiyyətin intihar iddiasını rədd edərək əlavə araşdırmaların tələb ediblər.