"İranın nüvə məsələsində gərginliyi azaltmaq üçün danışıqlar aparacağıq"
İngiltərənin xarici işlər nazirliyi avropalı üçlüyün MAQATE-nin direktorlar şurasında İrana qarşı qətnaməsinin qəbul edilməsinin ardınca bildirib ki, London, Paris və Berlin bu sahədə olan gərginlikləri azaltmaq üçün diplomatik həll yolu tapmaqdan ötrü danışıqlar aparacaqlar.
SəhərAzəri xəbər verir, İngiltərənin xarici işlər nazirliyi bu gün bir bəyanatda İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirlərinin «İranın nüvə işi barədə gərginliyi azaltmaq üçün diplomatik həll yolunun tapılması» adlandırılan məsələyə dair sonrakı iclasına toxunaraq, bildirib: Berlində keçiriləcək bu iclas dinc həll yolunun tapılması üçün irəliyə doğru yolun açıq saxlanılması üzərində təmərküzləşəcəkdir.
Belə bir halda, İngiltərənin xarici işlər naziri Dominik Rabb bu gün Berlinə səfərdən öncə İran və Çinə qarşı iddiaları təkrar edərək, iddia edibdir ki, koronavirusa nəzarət, İran və Honq-Konq məsələləri barədə beynəlxalq həmkarlıq həyati əhəmiyyət daşıyır.
Rabb İran və Çini Berlində öz fransız və alman həmkarları ilə olacaq danışıqlarının mehvəri adlandırıb.
Berlin iclası MAQATE-nin direktorlar şurasının fəsillik yığıncağının bu gün keçirilən iclasında Avropa üçlüyünün İrana qarşı qətnamə layihəsinin qəbul olunmasından sonra keçiriləcək.
Bu qətnamədə üç Avropa ölkəsi olan İngiltərə, Almaniya və Fransa ABŞ-ın himayəsi ilə onu istəyibdir ki, İran, onların iddiasınca desək, agentlik müfəttişlərinin iki nüvə saytına əlçatanlığını əngəlləməyə son qoysun və onlarla tam şəkildə əməkdaşlıq etsin.
Bu qətnaməyə Çin və Rusiya əleyhinə, yeddi ölkə də bitərəf səs verdilər.
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazem Qəribabadi MAQATE-nin direktorlar şurasında üç Avropa ölkəsinin agentliyə iki təkmilləşdirici əlçatanlığın verilməməsi bəhanəsilə təqdim edilən qətnamə layihəsinin qəbul olunmasına reaksiyada bildirib ki, İran direktorlar şurasının qətnaməsini tamamilə rədd edir və ona cavab olaraq lazımi və münasib addım atacaqdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən gecə bu tvitter mesajında üç Avropa ölkəsindən istədi ki, nüvə anlaşması altındakı vəzifələrinə əməl etməkdə uğursuz qaldıqdan sonra cinayət şəriki olmasın.