ABŞ prezidenti irqçiliyə qarşı etiraz edənlərə münasibət bildirib
https://azeri.sahartv.ir/news/dünya-i363668-abŞ_prezidenti_irqçiliyə_qarşı_etiraz_edənlərə_münasibət_bildirib
ABŞ prezidenti bir daha irqçiliyə qarşı etiraz edənləri radikal solçu qruplar adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2020 09:49 Asia/Baku
  • ABŞ prezidenti irqçiliyə qarşı etiraz edənlərə münasibət bildirib

ABŞ prezidenti bir daha irqçiliyə qarşı etiraz edənləri radikal solçu qruplar adlandırıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, ABŞ prezidenti Donald Tramp dünən Arizona ştatının Finiks şəhərində seçki kampaniyası zamanı anti-rasizm aksiyalarına işarə edərək, deyib: "Radikal solçu bu ölkə tarixinə nifrət edir".

"Sol cinahın lobbiləri ABŞ mirasını dağıtmaq istəyirlər", -deyə D.Tramp əlavə edib.

Onun sözlərinə görə, sol cinah ədalətin yüksəlişi, bərabərlik və ya repressiya edilənlərı qaldırmaq üçün çalışmır, onların yalnız bir məqsədi vardır; onlar öz siyasi güclərini istənilən yolla artırmaq istəyirlər.