Qırğızıstanın sabiq prezidentinə həbs cəzası verilib
https://azeri.sahartv.ir/news/dünya-i363671-qırğızıstanın_sabiq_prezidentinə_həbs_cəzası_verilib
Qırğızıstan məhkəməsi bu ölkənin sabiq prezidentini 11 il müddətinə azadlıqdan məhrum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2020 11:02 Asia/Baku
  • Qırğızıstanın sabiq prezidentinə həbs cəzası verilib

Qırğızıstan məhkəməsi bu ölkənin sabiq prezidentini 11 il müddətinə azadlıqdan məhrum edib.

SəhərAzəri xəbər verir, Almazbek Atambayevə verilən həbs cəzası 2013-cü ildə yerli bir cinayətkar dəstənin lideri olan Aziz Batukayevin qeyri-qanuni olaraq, sərbəst buraxılması ilə əlaqədardır.

Atambayev 2019-cu ildə özünün Kaytaş kəndindəki iqamətgahında Milli Təhlükəsizlik Komitəsi tərfindən yaxalanıb.

Aziz Batukayev 2013-cü ildə müalicəsi olmayan bir xəstəliyə dair sənədlər əsasında azadlığa buraxılıb. Lakin sonralar tibbi sənədlərin saxta olduğu üzə çıxıb. Bu iş üzrə tədqiqatlar 2019-cu ilin yaz fəslində Atambayevin toxunulmazlığı ləğv ediləndən sonra yenidən başlanıb.