İyun 25, 2020 12:41 Asia/Baku
  • Vaşinqtonda ABŞ milli qvardiyası hazır vəziyyətə gəlib

Amerikada zorakılığa və irqçiliyə qarşı etirazların şiddətlənməsinin ardınca ABŞ milli qvardiyasının 400 qüvvəsi bu ölkənin paytaxtı Vaşinqton DC-də etirazçılarla mübarizə üçün hazır vəziyyətə gəlib.

SəhərAzəri xəbər verir, bu qüvvələr Ağ Ev yaxınlığında Amerikanın 7-ci prezidenti Andro Ceksonun heykəlini devirmək istəyən etirazçılarla mübarizə üçün hazır vəziyyətə gəliblər.

Viskansin ştatından daxil olan məlumatlar ABŞ milli qvardiyası qüvvələrinin bu ştatda da hazır vəziyyətə gəlmələrindən xəbər verir.

Amerikanın müxtəlif şəhərləri, xüsusən Minnesota ştatının Minneapolis şəhəri bir ay bundan öncədən əhalinin bu ölkə polisinin irqçi rəftarına qarşı aksiyaları səhnələridir.

Amerika polisinin ağdərili bir polisi mayın 25-də Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydu vəhşicəsinə qətlə yetirdi.

Bu cinayət Amerika xalqının hiddətinə səbəb olsa da bu ölkənin polis və təhlükəsizlik qüvvələri ABŞ prezidenti Donald Trampın göstərişi ilə etirazçı xalqa divan tuturlar.

Amerika barədə olan digər bir xəbərə görə, ABŞ prezidenti Donald Tramp bu ölkədəki koronavirus təhlükəsini 2020-ci il yanvarın 22-dən iyunun 23-dək 60 dəfədən çox kiçik göstərməyə çalışıbdır. Bu xəbəri “Vaşinqton Post” qəzeti yayıbdır.

ABŞ hazırda koronavirusa yoluxan və bu virusdan ölənlərin sayına görə dünya ölkələrinin önündə gedir.

Son rəsmi statistikalara görə, bugünədək Amerikada 2 milyon 462 min 554 nəfər koronavirusa yoluxub. Bu miqdardan 124 min 281 nəfər həyatını itirib.

Amerika hökuməti və şəxsən bu ölkənin prezidenti Donald Tramp bu ölkədə koronavirusun yayılması qarşısındakı məsuliyyyətsizliyinə görə, kəskin tərzdə tənqid olunubdur.

CNN-in rəy sorğusunun nəticələrinə görə, demokratların ABŞ prezident seçkilərinə namizədi Co Bayden öz respublikaçı rəqibinə nisbətən 14 faiz önə keçibdir.

 

Teqlər