Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində bir nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i364219-rusiyada_helikopterin_sərt_eniş_etməsi_nəticəsində_bir_nəfər_həlak_olub
Rusiyanın Rostov vilayətində “Mi-2” helikopterinin sərt eniş etməsi nəticəsində bir nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 10:27 Asia/Baku
  • Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində bir nəfər həlak olub

Rusiyanın Rostov vilayətində “Mi-2” helikopterinin sərt eniş etməsi nəticəsində bir nəfər həlak olub.

 SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, vilayətin Proletar rayonunda düyü əkini sahələrini dərmanlayan helikopter sərt eniş edib. Hadisə nəticəsində göyərtədə olan bir nəfər həlak olub, digəri isə xəsarət alıb.

Qəzaya helikopterin mühərrikində yaranmış nasazlığın səbəb olduğu bildirilir.