İyul 09, 2020 22:50 Asia/Baku
  • İngiltərə şəhid Soleymaniyə qarşı sanksiyaları qaldırmadı

İngiltərə Maliyyə Nazirliyinin yayımladığı sənədə görə, Britaniya hökuməti şəhid Soleymaninin adı da daxil 5 nəfərə tətbiq olunan sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.

SəhərAzəri xarici mediaya istinadla xəbər verir, İngiltərə Maliyyə Nazirliyinin yayımladığı sənədə görə, Britaniya hökuməti 5 nəfərə tətbiq olunan sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib. İlin əvvəlində terrorçu ABŞ əsgərlərinin təşkil etdiyi hücumda şəhid olan İranın görkəmli generalı Şəhid Soleymanmaninin adı da həmin siyahıya daxildir.

Şəhid Soleymaninin siyahıya alınması, İran komandirinin hesablarında olan dondurma qərarının qüvvədə qalması və heç kimin onlardan istifadə edə bilməməsi deməkdir.

Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusu Qüds qüvvələrinin Komandiri General Qasım Soleymani, və Həşdi Şəbi komandir müavini Əbu Mehdi əl-Mühəndis, 3 yanvar tarixində ABŞ-ın beynəlxalq qanunlara məhəl qoymadan həyata keçirdiyi raket hücumu nəticəsində Bağdad Beynəlxalq Hava Limanına gedən yolda şəhid oldu.

 

Teqlər