İyul 10, 2020 06:14 Asia/Baku
  • ABŞ Yaponiyaya 105 ədəd

ABŞ hökuməti Yaponiyaya 23 milyard dollar dəyərində 105 ədəd “F-35” hərbi təyyarələrin satışına razılıq verib.

SəhərAzəri - APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin tərkibində olan Müdafiə Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Buna qədər Yaponiya hökuməti 63 ədəd “F-35A” modifikasiyasının, 42 ədəd şaquli uçuş edə bilən “F-35B” təyyarəsinin və beşi ehtiyat mühərriki olmaqla, 110 ədəd “F135” mühərrikinin təchizatı ilə bağlı müqavilə üçün sorğu göndərmişdi.

Dövlət Departamenti bu müqaviləni ABŞ-ın əsas müttəfiqi sayılan Yaponiyaya kömək xarakteri daşıdığını bəyan edib və ölkənin maraqlarına uyğun bilib.

Yeni “F-35”-lər bir vaxtlar Yaponiya Hərbi Hava Qüvvələrinin silahlanmasında olan köhnəlmiş “F-4 Phantom” təyyarələrini əvəz edəcək.

 

Teqlər