Pxenyan: Ş.Koreyanın ABŞ ilə müzakirəsi yoxdur
Şimali Koreya rəhbəri Kim Çen In-ın bacısı bildirib ki, qardaşı bu il ABŞ prezidenti Donald Trampla görüşməyəcək.
SəhərAzəri xəbər verir, Kim Yo Çjon deyib ki, belə bir görüşün keçirilməsi yalnız Amerikanın xeyrinə olacaqdır.
Bundan öncə də Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini Tsu Son Hui demişdi ki, bu ölkənin Amerika ilə müzakirələri bərpa etmək üçün heç bir təcili proqramı yoxdur və bunun olması üçün Vaşinqton Pxenyan qarşısındakı düşmənçilik siyasətlərindən əl çəkməlidir.
Bu sözlərə səbəb, Ağ Ev-in sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun sözləri olubdur. Bolton cümə axşamı günü müxbirlərə deyibdir ki, bəlkə Tramp noyabr ayında keçiriləcək ABŞ prezident seçkilərindən öncə Kim Çen In-la digər bir görüş keçirmiş olsun.
Amerika və Şimali Koreya başçılarının görüşləri indiyədək razılaşma ilə nəticələnə bilməyibdir. Zira Amerika göstəribdir ki, öz öhdəliklərindən heç birinə sadiq deyil və yalnız öz maraqlarını fikirləşir.