Nyu-Yorkda Trampın tərəfdarları anti-rasist etirazçılarla toqquşublar
https://azeri.sahartv.ir/news/dünya-i364514-nyu_yorkda_trampın_tərəfdarları_anti_rasist_etirazçılarla_toqquşublar
İnformasiya mənbələri bazar günü gecə Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın tərəfdarlarının anti-rasist etirazçılarla toqquşmasından xəbər veriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 13, 2020 04:00 Asia/Baku
  • Nyu-Yorkda Trampın tərəfdarları anti-rasist etirazçılarla toqquşublar

İnformasiya mənbələri bazar günü gecə Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın tərəfdarlarının anti-rasist etirazçılarla toqquşmasından xəbər veriblər.

SəhərAzəri xəbər verir, Qarşıdurma Nyu-York şəhərində yerləşən Tramp qülləsinin qarşısında baş verib.

İrqi ayrı-seçkiliyə qarşı çıxanlar bu toqquşmadan öncə əllərində plakatlar tutub, şüarlar söyləməklə Amerikada qaradərililərə və digər azlıqlara qarşı rasistcəsinə hərəkətlərə qarşı öz etirazlarını bildirmişdilər.

Amerika şəhərləri ötən bir neçə həftə ərzində bu ölkə polisinin rasist rəftarına qarşı aksiya səhnələri olublar.